Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:49

İranın nüvə proqramına dair danışıqların müddəti dörd ayadək uzadılıb. Birləşmiş Ştatlar bildirib ki, İranın dondurulmuş vəsaitlərinin 2.8 milyard dollarına qoyulan qadağanı götürəcək. Öncə son tarix iyulun 20-dək idi. Ancaq razılaşmanın əldə olunacağına şübhələr getdikcə artırdı.

AB-nin xarici siyasət rəhbəri Catherine Ashton və İranın xarici işlər naziri Mohammad Javad Zarif Vyanada danışıqlardan sonra birgə bəyanatda bildirib:

«Daha çox vaxt və iş tələb edən bəzi əsas məsələlərə dair ciddi boşluqlar hələ də qalır».

Ağ Ev ayrıca bəyanatda bildirib ki, vaxtın uzadılması vacib idi, çünki Vaşinqton «məqsədlərimizə uyğun bitkin həlldən başqa variantı qəbul etməyəcək».

ABŞ Dövlət katibi John Kerry söyləyib ki, Birləşmiş Ştatlar 2.8 milyard dollara qoyulmuş qadağanı götürəcək. Bunun əvəzində İran zənginləşdirilmiş uranın bir hissəsini yanacağa çevirməyə razılaşıb. Ancaq Kerry deyib ki, Vaşinqton «qalan sanksiyaların gücləndirilməsini davam etdirəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG