Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:04

Silahlı separatçılar qəza yerinə girməyə imkan vermirlər


Ukraynanın şərqindəki Malayziya təyyarəsinin qəzaya uğradığı sahə
Ukraynanın şərqindəki Malayziya təyyarəsinin qəzaya uğradığı sahə

-

Ukraynanın şərqindəki silahlı separatçılar ikinci gündür beynəlxalq müfəttişləri Malayziya təyyarəsinin qəzaya uğradığı sahəyə buraxmırlar. İyulun 17-də vurulan təyyarədə 298 nəfər həlak olub.

ATƏT bildirib ki, müşahidəçilərə yalnız təyyarənin qalıqları olan sahənin bir hissəsinə girməyə icazə verilib. ATƏT-in Ukraynadakı xüsusi missiyasının rəhbəri Alexander Hug deyib ki, missiyanın qəza yerini «bir az artıq görməsinə» şərait yaradılıb.

İyulun 18-də separatçılar müfəttişlərin əraziyə daxil olmasını əngəlləyib.

ABŞ Dövlət katibi John Kerry Rusiyanın xarici işlər naziri Sergei Lavrova deyib ki, Vaşinqton bu maneəyə görə narahatdır.

Amsterdam-Kuala-Lumpur marşrutu ilə hərəkət edən, Malayziyaya məxsus «Boing-777» iyulun 17-də Ukraynanın şərqində, rusiyameylli separatçıların nəzarətində olan ərazidə qəzaya uğrayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG