Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:43

-

Deputatlar iyulun 15-dən avqustun 30-dək tətilə buraxılıb.

Qafqazinfo-nun yazdığına görə, deputatlara məzuniyyətdə olduğu zaman onların müalicə və istirahəti üçün ikiaylıq vəzifə maaşı məbləğində müavinət də verilib. Sıravi deputatlar 3150, komitə sədrləri 3600, Milli Məclis sədrinin müavini 3825, Milli Məclis sədrinin birinci müavini 4050, sədr isə 4500 manat müavinət alaraq tətilə gediblər.

Daxili nizamnaməsinə görə, Milli Məclisin payız sessiyası öz işinə sentyabrın 30-da başlayacaq.

Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda, deputatların tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və məzuniyyətdən geri çağırılırlar.

Milli Məclisin yaz sessiyasında deputatlar 12 iclas keçiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG