Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:10

Statistik məlumatları gizlədən 700 manat cərimə ediləcək


Statistika Komitəsi
Statistika Komitəsi

-

Statistik məlumatların verilməsi qaydalarını pozanlar 700 manata qədər cərimə olunacaqlar.

Belə bir xəbərdarlıqla Dövlət Statistika Komitəsi çıxış edib.

İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə cərimə 300 manatdan 700 manatadək müəyyənləşdirilib.

Bu kimi hallar olmasın deyə, Komitə ölkədəki bütün hüquqi və fiziki şəxsləri statistika müşahidələrinin keçirilməsi üçün zəruri olan məlumatları vaxtında təqdim etməyə və hesabatlarda təhriflərə yol verməməyə çağırır.

XS
SM
MD
LG