Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:43

«Bütün yayı işimiz-gücümüz evdən ilan tutub boğmaqdır. İlanlar başımızın üstündən sallanır».

Bunları AzadlıqRadiosunun «Qaynar xətt»inə deyən Xocalı köçkünü, Biləsuvarın Arazvarı kəndində məskunlaşmış Məhsəti Dadaşovadır. Məhsəti xanımın 72 yaşı var. Kənd məktəbində müəllimə işləyir. Narazılığı da «Qaçqınkom»dandır:

«Sağ olsun o vaxtkı rayon xalq təhsil şöbəsi, məni məktəbdə ixtisasım üzrə işlə təmin etdi. Ancaq yaşayış şəraitimiz elə 21 ildir ki, acınacaqlıdır. Bizim indi yaşadığımız evləri o vaxtlar Məhsəti türkləri üçün tikmişdilər. Onlar da görüblər bu evlərdə yaşamaq mümkün deyil, qoyub çıxıb gediblər. Həmin evlərə bizi yerləşdirdilər».

«NƏ QƏDƏR ÖMRÜMÜZ QALIB Kİ?»

Məhsəti Dadaşova ev şəraitindən danışır:

«Yeri sementdir, gəvəni qaldırırsan, yerdən su çıxır. Yay-qış divarlardan su axır. Yayda vəziyyətimiz lap acınacaqlı olur. Evin tavanı sökük-sökükdür, aralardan ilanlar sallanır. Özüm keçən yay evdə 3 dənə ilan öldürmüşəm. Qorxudan bütün yayı evə girmirik. Kənddə adımızı «ilanboğanlar» qoyublar. İşimiz-gücümüz ilan öldürməkdən ibarətdir. Bir sözlə, yayda göydən ilan, qışda yağış-qar yağır başımıza».

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi isə deyir ki, yeni tikilən evlər köçürülməsinə zərurət yaranan obyektlərdə məskunlaşan köçkünlər üçün nəzərdə tutulub. Bu aksiya hələlik mənzillərdə məskunlaşan köçkünlərə aid deyil.

Məhsəti Dadaşova razılaşmır:

«Həyat yoldaşım 76, mən 64 yaşındayam. Yoldaşım ağır xəstədir, 4 ildir ki, yataq xəstəsidir. İnfarktdan və xərçəngdən əziyyət çəkir. Özüm də tez-tez pnevmoniya oluram, nəmişlikdə bronxlarım, ciyərlərim sıradan çıxıb. Nə qədər ömrümüz qalıb ki, adımızın nə vaxt siyahıya düşəcəyini, bizim də normal evlərə yerləşdiriləcəyimizi gözləyək?».

«Qaçqınkom» isə köçkün ailəsinə gözləməkdən başqa çarə təklif edə bilmir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG