Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:45

Separatçılar 38 cəsədi qəza yerindən Donetsk morquna aparıblar


Təyyarədə olan adamların hamısı həlak olub.

Təyyarədə olan adamların hamısı həlak olub.

-

Ukrayna hökuməti bəyan edir ki, silahlı separatçılar Rusiyanın yardımı ilə təyyarə qəzasında iştirakları ilə bağlı sübutları məhv etmək istəyirlər.

«Ukraynanın səlahiyyətli nümayəndələrinə araşdırma aparmaq üçün imkan vermirlər. Bundan başqa, separatçılar təyyarənin düşdüyü yerə beynəlxalq ictimaiyyəti və xarici ölkə nümayəndələrini buraxmaqdan imtina edirlər. Hökumətin məlumatına görə, qəzada ölənlərdən 38 nəfərinin meyiti Donetski morquna aparılıb, ola bilsin ki, həmin meyitləri araşdırmaçılardan gizlin yaracaqlar» - deyə məlumatda bildirilir.

UNIAN agentliyinin yaydığı məlumatda qeyd olunur ki, Ukrayna hökuməti yaranmış vəziyyətlə bağlı Avropa İttifaqı ölkələrini və ABŞ-ı xəbərdar edib.

Amsterdam-Kuala-Lumpur marşrutu ilə hərəkət edən, Malayziyaya məxsus «Boing-777» iyulun 17-də Ukraynanın şərqində, rusiyameylli separatçıların nəzarətində olan ərazidə qəzaya uğrayıb.

Təyyarədə olan 298 adamın hamısı həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG