Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:27

-


Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Arif Əmrahoğlu vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

O qeyd edib ki, A. Əmrahoğlu bu gün səhər müalicə aldığı Milli Onkologiya Mərkəzində vəfat edib. A. Əmrahoğlunun ölümünə mədə xərçəngi səbəb olub.

Qeyd edək ki, Arif Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü” və s. kitabların müəllifidir. Ədəbiyyatşünas alim A. P. Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Moskvada rus dilində nəşr olunan M.F. Axundovun “Seçilmiş əsərləri”nin tərtibçisidir. A. Əmrahoğlu uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG