-
ABŞ prezidenti Barack Obama Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın baş naziri David Cameron-la Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünü müzakirə edib.
BBC-nin yazdığına görə, telefon söhbətində hər üç ölkə başçısı Ukraynanın şərqindəki hadisələrə görə Rusiyanın məsuliyyət daşıdığını, separatçıların bu ölkədən silah almaqda davam etdiyini deyiblər.
B.Obama ilə D.Cameron Rusiya Şərqi Ukrayna ilə bağlı mövqeyində dəyişiklik etməyəcəyi təqdirdə, bu ölkəyə qarşı birgə addımlar atacaqları ilə bağlı razılığa gəliblər.