Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:19

Azərbaycan siyasi partiyaları şurasının yaradılmasını təklif etdi (mətbuat icmalı)


Foto: Arxiv
Foto: Arxiv

-

MİLLİ BİRLİK CAĞIRIŞI

«Exo» qəzeti Azərbaycan vətəndaşı Ramiz Səmədin ölkənin bütün partiya və ictimai birliklərinə, özünü müstəqil sayan intellektual elitasına müraciətini çap edib. Müraciətdə Azərbaycanın bütün siyasi qüvvələrini və intellektual elitasını və hakimiyyəti bir araya gətirən şura yaradılmasını təklif edir. Yazır ki, Azərbaycanın Siyasi partiyaları şurasına "eyni yetkilərlə həm iqtidar, həm də müxalifət partiyalarının nümayəndələri daxil ola bilər. Şuranı necə formalaşdırmaq – danışıq və razılaşmaların predmetidir, ancaq bu prosesə, üstəlik, həlledici səslə cəmiyyətin də qoşulması gözəl olardı. Şuraya iki seçilmiş həmsədr başçılıq edə bilər. İclasların gündəliyini Şura üzvləri müəyyənləşdirsə də, sonrakı iclasların gündəliyinə ictimaiyyətin düzəliş etmək imkanının olması çox önəmlidir".

Ramiz Səmədi belə bir addım atmağa vadar edən nədir, öz təşəbbüsü ilə nəyə nail olmaq istəyir? Onun müraciətinin tam mətnini burada oxu

MİLYARDLARIN SÖNDÜRƏ BİLMƏDİYİ SUSUZLUQ

“Bizim yol”a görə, “suvarmaya 1 milyardan artıq xərc çəkilsə də bölgələrdə su yoxdur”

Məsələni şərh edən iqtisadi ekspert Vahid Məhərrəmov məsələnin su qıtlığı ilə deyil, korrupsiya ilə bağlı olduğunu bildirir:

"Azərbaycanda 32 milyard kub/metr su potensialı var ki, bu, həm içməli suya, həm də suvarmaya olan tələbatımızdan on dəfə çoxdur. Belə olan halda suvarma ilə bağlı problemin ortaya atılması anlaşılan deyil. İsrail kimi bir ölkə 1,1 milyard kub/m su ilə tələbatını tam ödəyə bilir və Azərbaycandan artıq kənd təsərrüfatı məhsulları istehsal edirlər. Bizdə isə hər il 8 milyard kub/m su istifadə edildiyi, 4 milyard kub/m çatışmadığı vurğulanır. Bununla yanaşı, ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatının yarısı ödənilmir. Bu, onu deməyə əsas verir ki, dövlət büdcəsindən ayrılan vəsaitlər şişirdilərək mənimsənilir. Nəticədə suya olan ehtiyacımız ödənilmir, fermerlərin məhsuldarlıq əldə etməsində çətinliklər yaranır".

“SOVETSKİ” SAKİNLƏRİNƏ EV TİKMƏK İSTƏYƏNLƏRİN ÖZLƏRINƏ “TORBA TİKİLDİ”

“Yeni Müsavat” qəzeti “Sovetski” sakinlərinə bina tikmək istəyən şirkətə “torba tikilməsi” nin səbəblərindən yazır . Qəzetə görə, “Sovetski” sakinlərinə ev tikmək təkliflərini açıqlayandan n 24 saat sonra “Des Consulting” şirkətinin rəhbərləri barəsində cinayət işinin açılması bir sıra müəmmalar doğurur.

“Əgər şirkət həqiqətən də dələduzluqla məşğul idisə, onda niyə mətbuat konfransı keçirir və ideyalarını ictimailəşdirir, üstəlik, prezidentdən dəstək gözləyirdi? Axı adətən dələduzlar üzdə olmağı sevmir, maksimum dərəcədə kölgədə qalmağa üstünlük verirlər. Həm də əgər dələduzluq faktları olsaydı belə, niyə cinayət işi mətbuat konfransından dərhal sonra açılıb və dərhal da məsələ ictimailəşdirilib? Təbii ki, bu tip suallar açıq qalıb və yayılan məlumatlar bu məqamlara aydınlıq gətirməyib”.

Qəzet hesab edir ki, əslində şirkətin sosial layihəsi tikinti mafiyasının maraqlarına zidd olub və bu səbəbdən tez-tələsik cinayət işinin açılmasını sifariş ediblər. Çünki indiki bazar qiymətləri ilə müqayisədə şirkət çox sərfəli qiymətlər təklif edirdi.

Adı çəkilən şirkətin təsisçiləri iyulun 15-də mətbuat konfransı keçirib “Sovetski”dən köçürülənlərə Bakının Gəncə prospektində 1 kvadrat metri 380 manata ev tikəcəklərini təklif etmişdilər. Bir gün sonra baş prokurorluq həmin şirkətə qarşı cinayət işi açıldığı və təsisçilərin həbs olunduğu barədə məlumat yayıb.

“VƏZİROVUN AZƏRBAYCAN SİYASƏTİNƏ SIRIDIĞI LABORANTLAR”

“Azərbaycan” qəzeti yazır k, “bu gün müxalifət, əslində, imitasiya - "müxalifətçilik oyunu" ilə məşğuldur. “26 il öncə Ə.Vəzirovun Azərbaycan siyasətinə sırıdığı bu laborantların hər biri bu gün siyasi inhisarçıya çevrilib və öz qruplaşmasında hakimi-mütləqliyini heç kəsə güzəştə getmək niyyətində deyil. Məsələn Müsavatda başqan seçkiləri ilə bağlı artıq 5 ilə yaxındır müzakirələr gedir. Öz postunu tərk etmək niyyətində olmayan partiya rəhbəri neçə ildir qurultayı ən gülməli bəhanələrlə təxirə salır. Bir dəfə qurultaya ayrılan zalın tavanı xoşlarına gəlmir, növbəti dəfə rəyasət heyətindəki kürsüdən narazı qalırlar. Və bu müzakirələr nəticə etibarilə təşkilatda tam qeyri-ciddi siyasi ovqat yaradıb. İndi partiyanın rəhbəri yalnız futbolla bağlı proqnozlar verir (və həmişə olduğu kimi, yanılır), ancaq idman və mədəniyyət mövzularını şərh edir. ...AXCP sədri isə artıq fəaliyyətini qəzet redaktorluğuna transfer edərək, sosial şəbəkələrə aludə olub”
Qəzetə görə, virtual aləmə qapılan müxalifət liderləri gerçəklikdən tamamilə uzaqlaşıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG