Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:10

-

Azərbaycan hökuməti İtaliya paytaxtındakı İmperator Forumu tarixi abidəsinin bərpasına 1 milyon avro ayırıb.

Bu, imkan verəcək ki, abidə ərazisində qazıntı işlərinin birinci mərhələsinə başlansın.

Bu barədə BBC Ansa agentliyinə istinadla xəbər verir.

Roma meri Ignazio Marino-nun planına görə, qazıntı-bərpa işləri aparılacaq ərazi imperatorlar Avqust, Sezar, Trajan və Nervanın tikdirdikləri forumlarla birləşdiriləcək və son nəticədə şəhərin mərkəzində böyük arxeoloji park yaranacaq.

Şəhərin memarlıq üzrə meneceri Claudio Parisi Presicce deyib ki, piyadalar üçün küçədə qazıntı işləri zamanı yerin altından heykəllər və onların qalıqları da tapıla bilər.

Bununla yanaşı şəhər meriyası İmperator Forumundakı qazıntı-bərpa işləri üçün maliyyə axtarmaqda davam edəcək, bu işə xeyriyyəçiləri cəlb etməyə çalışacaq.

2012-ci ildə AzərTAc xəbər yaymışdı ki, Romanın Kapitoli Muzeyində bərpa işlərinin bir hissəsi Heydər Əliyev Fondunun ayırdığı maliyyə ilə həyata keçirilir.

2009-cu ildə isə Fond Fransanın Strasburq şəhərindəki kafedral kilsənin bərpasına iyanə vermişdi.

İmperator forumları tarixi abidə kompleksidir. Təxminən 150 il ərzində tikilib.

Forumlar meydanlar idi və əsasən ticarət, alış-veriş üçün istifadə edilirdi. Burada köşklər yerləşirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG