Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:33

-

Prezident İlham Əliyev Ukraynada baş verən təyyarə qəzası ilə əlaqədar Malayziyanın baş naziri Dato' Sri Haji Mohammad Najib-ə və Niderland Krallığının baş naziri Mark Rutte-yə başsağlığı verib.

«Malaysia Airlines» şirkətinə məxsus «Boeing-777» təyyarəsinin Ukraynada qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Baş vermiş bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm» - deyə İlham Əliyev bildirir.

İyulun 17-də Ukrayna üzərində qəzaya uğrayan Malayziyaya məxsus təyyarədə 298 sərnişin olub. Onların hamısı həlak olub.

Qəzada 189 Hollandiya, 44 Malayziya, 27 Avstraliya, 12 İndoneziya, 9 Böyük Britaniya, 4 Belçika, 4 Almaniya, 3 Filippin, 1 Kanada, 1 Yeni Zelandiya vətəndaşı həlak olub. 4 nəfərin vətəndaşlığı hələ məlum deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG