Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:02

-

«Şəffaflıq Sistemində icraedici hakimiyyət, hüquq-mühafizə və anti-korrupsiya qurumları nəzərəçarpan üstünlüyə malik olsalar da, məhkəmə və parlamentin bu sistem çərçivəsində imkanlarının gücləndirilməsinə ehtiyac duyulur».

«Şəffaflıq Azərbaycan» Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin iyulun 18-də açıqladığı Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi hesabatında belə deyilir.

Hesabatda ictimai nəzarət funksiyasını həyata keçirən vətəndaş cəmiyyəti, media və siyasi partiyalar digər pillələrdən daha zəif qiymətləndirilib:

«Biznes sektoru da, öz növbəsində, zəif olaraq qalmaqdadır. Ombudsman İnstitutu və Hesablamalar Palatasının məcburetmə səlahiyyətləri olmadığına görə onlar kifayət qədər müstəqil deyillər. Lakin sözügedən qurumlar peşəkar fəaliyyətləri sayəsində qiymətləndirmədə daha yüksək nəticə əldə ediblər. Dövlət xidməti sektoru yaxşı qiymətləndirilsə də, dövlət satınalmalarında islahatların ləngiməsi dövlət xidməti sahəsinin ümumi balını qiymətləndirmədə aşağı endirib».

«Şəffaflıq Azərbaycan» təşkilatı hesab edir ki, əsas uğur hökumət, vətəndaş cəmiyyəti, media, özəl sektor və Azərbaycan vətəndaşlarının indiyə kimi həyata keçirilmiş birgə səylərinin daha da gücləndirilməsindən keçir.

«Şəffaflıq Azərbaycan» təşkilatı Milli Şəffaflıq Sisteminin Qiymətləndirməsini 2013-cü ilin əvvəlindən başlayaraq aparıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG