Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:46

Erdogan Misir prezidentini "tiran" adlandırır


Türkiyənin baş naziri Erdogan Misir prezidenti Abdel Fattah al-Sisini qanunsuz tiran adlandırıb. O deyib ki,

İsraillə atəşkəs məsələsində Sisi tərəf ola bilməz.

Erdogan deyib: “Sisi tərəfdirmi? Sisinin özü tirandır”

Erdogan izah edib ki, “Sisi başqalarından fərqli deyil”, vaxtilə Qəzzaya humanitar yardımın qabağını alan elə indiki Misir hakimiyyətində olanlar idi.

Erdogan deyib ki, Misirin İsraillə Həmas arasında təklif etdiyi atəşkəs indiki Misir hakimiyətini legitimləşdirmək üçündür.

“Misir tərəf deyil. Onlar öz hakimiyyətlərini legitimləşdirmək istəyirlər. Onlar legitim deyillər.”

“Həmas isə tərəfdir”.

XS
SM
MD
LG