Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:51

Günəşin batmadığı yerdə oruc tutmaq


Ukraine - People fishing during sunset in the Crimean town of Alushta, May 4, 2014
Ukraine - People fishing during sunset in the Crimean town of Alushta, May 4, 2014

-

Ramazan ayında oruc tutanlar gün çıxandan gün batana qədər hər cür yemək və sudan uzaq dururlar. Qızmar yay aylarında həm günün uzunluğu, həm də istilər üzündən oruc tutmaq xüsusilə ağır olur və susuzluğa dözmək böyük iradə tələb edir.

QÜTB GÜNDÜZÜNDƏ RAMAZAN

Bir anlıq təsəvvür edin ki, Ramazan ayında günəşin heç batmadığı bir yerdəsiz. Məsələn, Skandinaviya yarımadasının ta şimalında, İsveçdəki Kiruna mədən şəhərində. Şimal Qütbündə. Arktik xətdən də 145 kilometr şimalda yerləşən Kiruna şəhərində 700 müsəlman var. Onların çoxu siyasi sığınacaq istəyənlər və alana qədər burda gözləməyə məcbur olanlardır.

İlboyu dağlarda qarın ərimədiyi Kirunada günəş bu il Mayın 28-də çıxış və ta iyulun 16-na qədər heç batmayıb. Yəni Ramazan ayının yarısına qədər ancaq gündüz olub.

Kirunaya 5 il əvvəl iyunda gələn Fatimə Kəniz deyir ki, gəldiyi ilk gün orucluğa düşmüşdü və həmin gün səhər saat 4-ə qədər günəşin batmasını gözləyib, huşunu itirmişdi. Sonra ona anlatmışdılar ki, günəşin batmasını gözləməyin mənası yoxdur, çünki günəş batmayacaq.

Suriyadan olan Hasan Alankar deyir ki, bu üzdən özləri günəşin batmasını imitasiya etməli olurlar – evdə qapı pəncərəni, pərdələri qapadır, heç olmasa qismən qaranlıq əldə etməyə çalışırlar. Həsən deyir ki, bu üzdən gecə saat 3.30-da sahur, Məkkə vaxtıyla isə iftarını açır.

İFTARI HANSI VAXTLA AÇMALI?

Məkkə vaxtıyla oruc tutmağı isə özü seçib, çünki nə islami kitablarda, nə də hansısa dini rəhbərləri şərhlərində bununla bağlı dəqiq fətvalar yoxdur. Doğru edib-etmədiyini, orucunun qəbul olub-olmadığını isə allahın dərgahında biləcəyinə inanır.

İsveçdə oruc tutanların bəziləri isə İrlandiyada, Dublində yerləşən Fətva və Dini Araşdırmalar üzrə Avropa Şurasının tövsiyyəsinə görə, Kiruna şəhərindən 1300 kilometrdə yerləşən Stokhol şəhərini vaxtıyla iftar açırlar.

Şuradan bildiriblər ki, Stokholmda gecə və gündüz ayrılır deyə, bu ölkədə yaşayanlara paytaxtın saatını əsas götürməklə vəziyyətdən çıxmağı məsləhət görüblər.

Bu tövsiyyəyə əsasən, Stokholm vaxtıyla ən uzun oruc yay vaxtı gündə 20 saat olur.

QÜTB GECƏSİNDƏ RAMAZAN

İsveçin Şimalında yaşayanların başqa bir problemi də Ramazan dekabra düşəndə olacaq. Çünki o zaman qütb gecəsi hakim olur. 2000-ci ildə bu cür həftələrlə davam edən qütb gecəsində oruc tutan Somalidən olan Abdulnasser Homammad indi Kiruna müsəlman icmasının rəhbəridir və deyir ki, onlar İsveçə ən yaxın müsəlman dövləti olan Türkiyənin İstanbul şəhərinin orucluq təqvimini əsas götürürlər.

İrlandiyada, Dublində yerləşən Fətva və Dini Araşdırmalar üzrə Avropa Şurası isə bu məsələni də dəqiqləşdirmək üçün yaxınlarda konfrans keçirmək niyyətindədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG