Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:27

Tacikistan prezidentinin 16 yaşlı qohumuna qarşı cinayət işinə xitam verilir


Tacikistanın Daxili İşlər naziri iyulun 18-də deyib ki, dəhşətli yol qəzasında 16 yaşlı Rasul Amonullonun günahı yoxdur.

Oktyabrda Rasul Amonullo Düşənbə küçələrində gecə yarısı öz dostu ilə maşın yarışına çıxmışdı və qəzada 3 adam öldü, 4 adam ağır yaralandı.

Rasul Amonullo ölkə prezidenti Emomali Rahmonun qohumudur.

Rasul Amonullo həm də Tacik Dəmir Yolları Şirkətinin rəisinin oğludur.

Daxili işlər naziri Ramazon Rahimzoda bu gün deyib ki, istintaq Rasul Amonullonun günahsız olduğunu sübut etdi.

Həmin qəzadan sonra qalmaqal başlananda Rasul Amonullo Tacikistandan yoxa çıxdı. Az sonra onun Almaniyada qəza ilə bağlı müalicə aldığı bildirildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG