Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:00

Gerasimin Mumunu suda boğduğu yer işarələnəcək


Gerasim və Mumu (İllüstrasiya)

Gerasim və Mumu (İllüstrasiya)

-

Moskvada məşhur əsərlərdəki hadisələrin baş verdiyi yerləri işarələyəcəklər.

Həmin yerlərdə ya lövhələr olacaq, ya yazıçıların siluetləri, ya da başqa rəmzlər. Ümumilikdə 500-cən yer.

Məqsəd bu yolla ədəbiyyata marağı artırmaqdır.

Hazırda məsələ Şəhər Mədəniyyət Departamentində müzakirə edilir.

İşarələnməsi gözlənən yerlər:

Turgenevin “Mumu” hekayəsində Gerasimin Mumunu suda boğduğu yer (Neskuçnı bağı ərazisindəki Qalitsın piyada körpüsünün yaxınlığında), Bulqakovun “Usta və Marqarita”sında Berliozla Volandın görüşüb söhbətləşdiyi skamya (Patriarşi prudı), Qriboyedovun “Ağıldan bəla”sındakı hadiələrin baş verdiyi Famusovun evinin bir zamanlar yerləşdiyi ərazi (Puşkin meydanı, 3), Tolstoyun “Hərb və sülh”ündə Pyer Bezuxovla Nataşa Rostovanın tanış olduğu Rostovların evi yaxınlığında (Povarskaya, 52) və s.

Layihə təsdiqlənsə, 2015-ci ildə gerçəkləşdiriləcək.

"Известия"

Günün bütün mövzuları

XS
SM
MD
LG