Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:49

İyulun 20-də II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 18-də yaydığı məlumata görə, imtahan respublikanın 11 şəhərində 54 binada baş tutacaq.

İki qrup üzrə imtahanlarda 31 min 326 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 13 min 824 nəfəri oğlan, 17 min 502 nəfəri isə qızlardır.

158 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyentin 24, ən gəncin isə 17 yaşı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG