Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:28

Avstraliyanın baş naziri tələb edir ki, istintaqa Rusiya yaxın buraxılmamalıdır


Avstraliyanın baş naziri Tony Abbot Malayziya təyyarəsinin qəzası ilə bağlı müstəqil istintaq tələb edib. O deyib ki, Rusiyanın qəzaya reaksiyası “çox-çox qənaetedici deyil”.

Abbot bunu Rusiya səfiri Morozov təyyarənin vurulmasında Ukrayna tərəfini günahlandırandan sonra deyib.

Təyyarədə həlak olan 298 şəxsdən azı 28-i avstraliyalıdır.

Abbot deyib ki, tam və tərəfsiz istintaq olmalıdır və bura Rusiya qarışmamalıdır, çünki ola bilsin, təyyarəni vurmaqla avstraliyalıları öldürənlər Rusiyanın dəstəklədiyi və Rusiyadan silah alan yaraqlılardır.

XS
SM
MD
LG