Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:47

Qəzaya uğrayan Malayziya təyyarəsinin 2-ci qara qutusu tapıldı


Ukraynada qəzaya uğrayan təyyarənin 2-ci qara qutusu tapılıb.

Birinci qara qutunu iyulun 17-də əraziyə nəzarət edən rusiyapərəst separtaçılar tapmışdı və onlar qara qutunu Moskvaya göndərib.

İkinci qutunu tapanlar fövqəladə hallar xidmətinin işçiləri, polis və şaxtaçılardır. İkinci qutunun hara verildiyi barədə məlumat yoxdur.

ABŞ prezidenti Obama deyib ki, qara qutudan qəza ilə bağlı dəlillər silinməməlidir.

İyulun 17-də Ukrayna üzərində Malayziya təyyarəsinin qəzasında 298 adam ölüb. Təyyarə Amsterdamdan Kuala Lumpura uçurdu.

Ukrayna hökuməti təyyarənin vurulmasında rusiyapərəst yaraqlıları günahlandırır, Rusiya və yaraqlılar isə Ukrayna hərbçilərini.

Günün bütün mövzuları

XS
SM
MD
LG