Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:16

Baş nazirin müavini Qırmızı Xaça xəbərdarlıq edib


Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov

«Kəlbəcərdə girov götürülənlərlə qısa müddətdə görüş alınmasa, BQXK-nın Azərbaycandakı Nümayəndəliyi haqqında çox ciddi tədbirlər görüləcək, hətta ölkədən çıxarılma həddinə qədər...»

APA məlumatına görə, belə bir bəyanatla iyulun 18-də Ağdamda baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edib.

«Nə üçün Azərbaycan tərəfinə bir erməni girov düşən kimi BQXK Azərbaycan hökumətinə müraciət edir və dərhal görüş təmin edilir. Ermənistan tərəfi nə üçün etmir? Ona görə də mən BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüşdə ciddi xəbərdarlıq etdim ki, əgər buna nail olmasalar, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi haqqında çox ciddi tədbirlər görüləcək, hətta ölkədən çıxarılma həddinə qədər... Zəhmət çəkib tədbir görsünlər».

Hələki Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyindən bu məsələyə münasibət öyrənmək mümkün olmayıb.

İyulun 11-də Ermənistan mediası bu ölkənin silahlı qüvvələrinin nəzarəti altında olan Kəlbəcər rayonunda 3 azərbaycanlının girov götürüldüyü barədə məlumat yayıb. Onlardan ikisinin video-görüntüləri göstərilib. Girov götürülən şəxslərin yaxınlarının AzadlıqRadiosuna verdiyi məlumata görə, onlar bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə məlumat veriblər. Amma həmin şəxslərin harada və necə saxlanması ilə bağlı hər hansı məlumat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG