Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:53

-

New Yorker jurnalı «194-cü dövlət: Kürdüstan» məqaləsində yazır ki, son 12 ildə İraqın Kürdüstan regionu xeyli dəyişib. 2002-ci ildən İraq Kürdüstanında kürd dili ərəb dilini dövlət idarələrindən və iş yerlərindən sıxışdırıb çıxarır. Məktəblər «kürdləşib». Gənc nəsil indi özünü nadir halda iraqlı sayır. Kürdlərin öz bayraqları var. Bu, qırmızı, ağ, yaşıl zolaqlar önündə böyük günəşdir. Kürdüstan lideri Barzani xarici dövlət rəsmilərini qəbul edəndə onun arxasında İraq və Kürdüstan bayraqları olur.

Kürdlərin formal və ya de facto olaraq İraqdan ayrılmaq istəyi güclənib.

Jurnalın müxbiri yazır ki, vaxtilə İraqın geridə qalan regionu olan Kürdüstan indi İraqın ən sabit və çiçəklənən yeridir. Jurnalist misal çəkir ki, o, Süleymaniyyə şəhərində yeni Amerika Universitetində konfransa gedib və bu şəhərdə 5 ulduzlu hoteldə qalıb.

Kürdüstan regionundan Türkiyəyə yeni neft kəməri gedir və bununla hər gün 450 min barrel neft daşına bilər.

Müxbir yazır ki, Kürdüstanın İraqdan ayrılmağına səbəbləri sadalamaqla qurtarmır.

Kürdüstanın indiki lideri Barzani BBC-yə deyib ki, «İraq parçalanıb. Biz bu faciəvi vəziyyətdə niyə qalmalıyıq?»

Ancaq jurnal yazır ki, kənarda Kürdüstanın müstəqilliyini istəməyənlər də çoxdur. Əksəriyyət bunun əleyhinədir. Çünki bu presedent dünyada sabitsizlik yarada bilər. ABŞ, İran, Səudiyyə Ərəbistanı, Türkiyə, Rusiya və Çinin müxtəlif məsələlərdə fikirləri ayrıla bilər, ancaq müstəqil kürd dövlətinin yaradılmasını onların heç biri istəmir.

Əgər kürdlər referendum keçirsələr, bunun nəticəsi əvvəlcədən bəllidir. Kürdlərin 98 faizi müstəqilliyə tərəfdardır.

Əgər Kürdüstan yaradılsa bu, BMT üzvü olan 194-cü dövlət olacaq. Kürdlərin dövləti olacağına böyük güclər hələ Birinci Dünya müharibəsi başa çatanda söz vermişdilər. Kürdlərin dövləti olsa, onlar daha dünyada dövləti olmayan ən böyük millət olmaycaqlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG