Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:02

«Qarabağ» qəzetinin baş redaktor müavini yol qəzasında ölüb


«Qarabağ» qəzetinin baş redaktor müavini yol qəzasında ölüb.

APA-nın məlumatına görə, iyulun 17-də «Qarabağ» qəzetinin baş redaktor müavini Sarvan Ağayevi Bakının Xətai rayonu ərazisində maşın vurub.

Xətai Rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, hadisə Nobel prospekti 15 ünvanında, «Megafun» Əyləncə Mərkəzinin qarşısında qeydə alınıb. Sürücüsü məlum olmayan avtomobil yolu keçən Sarvan Ağayevi vurub.

Jurnalist Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG