Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:58

«Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi 56 dəfə pozulub».

Bu barədə iyulun 18-də Azərbaycanın müdafiə nazirliyi məlumat yayıb.

«Ermənistan silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub» deyə nazirliyin məlumatında qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG