Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:49

Ukraynadakı MH17 faciəsinə bənzər hadisələrin tarixi


Donetsk vilayəti 17 iyul 2014. MH17 təyyarəsinin düşdüyü yerdə silahlı adam

Donetsk vilayəti 17 iyul 2014. MH17 təyyarəsinin düşdüyü yerdə silahlı adam

İyulun 17-də Malayasia Airlines şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradı. Onun raketlə vurulması versiyası hələlik ehtimal olara qalır. Biz aviasiya tarixinə nəzər salıb buna bənzər facilərin qısa tarixçəsini toplamışıq.

1940-cı il, iyunun 14-də Tallindən Helsinkiyə gedən Finlandiyanın kiçik mülki təyyarəsini Sovet bombardmançıları avtomat silahlarla vurub saldılar. Hadisədə 9 sərnişin və heyət uzvü həlak oldu.

1942-ci martın 3-də Hollandiyadan Avstraliyaya uçan kiçik təyyarəni Yaponiyanın döyüş təyyarələri vurdular. Broome şəhəri yaxınığında çimərliyə düşən təyyarədə 4 nəfər həlak oldu. Təyyarənin o vaxtin pulu ilə 40 milyon dollarlıq zinət əşyalarından ibarət yükü qarət olundu.

1943-cü il, iyunun1-də İngiltərənin sərnişin təyyarəsi Portuqaliyadan vətənə uçarkən Almaniya hərbi hava qüvvələri tərəfindən vuruldu. Təyyarədə olan bir neçə tanınmış şəxs, o cümlədən ingilis akyor Leslie Howar həlak oldu.

1954-cü il iyulun 23-də Bankonqdan Hon-Konqa uçan Cathay Pacific Airways hava yollarının təyyarəsini Çin ordusu vurdu. Təyyarədə olan 10 nəfər həlak oldu.

1955-ci il iyulun 27-də Vyanadan Tel-Əvivə uçan İsrail hava yollarına aid sərnişin təyyarəsini Bolqarıstanın döyüş təyyarələri vurdular. Təyyarənin 51 sərnişini və 7 heyət üzvü həlak oldu.

1973-cü il fevralın 21-də Liviya hava yollarına aid Boeing 727 təyyarəsi Benqazidən Qahirəyə uçarkən səhvən İsrailin nəzarətində olan hava məkanına girdi və İsrail ordusu tərəfindən vuruldu. Təyyarədə olan 113 nəfərdən cəmi 5 nəfəri sağ qaldı.

1978-ci il aprelin 20-də Cənubi Koreyanın sərnişin təyyarəsini Sovet qırıcıları atəşə tutdular. Murmansk yaxınlığında donmuş gölə enməyi bacaran təyyarədə cəmi 2 sərnişin həlak oldu, 108 nəfər sağ qaldı.

1978-ci il sentyabrın 3-də o zaman Rodeziya adlanan (indi Zimbabvedə) ölkənin Karibdən Harare şəhərinə uçan sərnişin təyyarəsini raketlə vurdular, 56 sərnişindən 18-i sağ qaldı. Amma sağ qalanlardan da 10 nəfərini təyyarəni vuran üsyançılar yerdə güllələdilər.

1979-cu il, fevralın12-də yenə həmin marşrut üzrə hərəkət edən sərnişin təyarəsini üsyançılar raketlə vurdular, 59 sərnişindən heç biri sağ çıxmadı.

1983-cü il, sentyabrın 2-də Sovet ordusu Koreya hava yollarına məxsus Boeing 747 təyyarəsini Saxalin adası yaxınlığında vurdu. ABŞ konqresmeni Larry MsDonald da daxil olmaqla təyyarədə olan 269 nəfərin hamısı həlak oldu.

1987-ci il noyabrın 6-da Malavi hava yollarına aid təyyarə Mozambik yaxınlığında vuruldu, 10 nəfər həlak oldu. O zaman Mozambikdə vətəndaş müharibəsi getdiyindən təyyarəni kimin vurduğu bəlli olmadı.

1988-ci il iyulun 3-də İran hava yollarının Bəndərabaddan Dubaya uçan sərnişin təyyarəsi ABŞ ordusu tərəfindən vuruldu, təyyarədə olan 290 nəfər həlak oldu. ra

1989-cu il sentabrın 29-da İndoneziyanın Lion air hava yollarına məxsus olan sərnişin təyyarəsi naməlum səbəbdən Şri-Lanka yaxınlığında dənizə düşdü. İlkin məlumatlarda təyyarəni Tamil üsyançılarının vurduğu bildirilirdi. Təyyarədə olan 49 sərnişin və 7 heyət üzvünün hamısı həlak oldu.

2001-ci il oktyabrın 4-də Tel-Əvivdən Novosibirskə uçan Siberian Airlines şirkətinin Tu-154 təyyarəsi Ukrayna ordusunun hərbi təlimləri zamanı səhvən vuruldu. Krım yaxınlığında vurulandan sonra Qara dənizə düşən təyyarənin 66 sərnişini və 12 həyət üzvü həlak oldu.

Siyahı dolğun deyilsə, səndə olan məlumatları şərh hissəsinə yaza bilərsən

XS
SM
MD
LG