Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:28

-

UNESCO Rəssamlar Assosiasiyasının üzvü Sakit Məmmədov «Euromedika-Hannover 2014» XIII Beynəlxalq tibb konqresində Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki adına layiq görülüb. O bu adı dünya mədəniyyətinə və təsviri sənətə töhfəsinə görə alıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi onun bu fəxri ada layiq görülən ilk azərbaycanlı olduğunu bildirir.

Sakit Məmmədov 1958-ci ildə Neftçalada doğulub.

Ə. Əzimzadə adına Rəssamıq məktəbini, İ.Repin adına Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsini bitirib.

O, Azərbaycanın əsərləri ən baha satılan rəssamıdır.

Rəssamın əsərləri İstanbul, Krakov, Vyana, Stokholm, Moskva, Florensiya və s. şəhərlərdə keçirilən sərgilərdə nümayiş olunub.

Dünyanın bir çox məşhur rəsm qalereyalarında və şəxsi kolleksiyalarda Sakit Məmmədovun əsərləri var.

Sakit Məmmədov Roma Papası II İohan Pavelin, Monika Beluççinin, Şahzadə Diananın, Ajda Pekkanın portretlərinin çəkib.

Papanın portreti Vatikanda saxlanılır.

2013-cü ildə Sakit Məmmədov dünya mədəniyyətinə və rəssamlığına verdiyi töhfələrə görə Rusiyanın «Min ilin adamı» medalına layiq görülüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG