Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:29

-

Azərbaycanın bəzi rayonlarında iribuynuzlu heyvanlar arasında yoluxucu xəstəlik yayılıb. «Nodulyar dermatit» adlanan və ilk dəfə Afrikada qeydə alınan bu xəstəlik daha sonra İraq, Türkiyə və İrana da yayılmışdı. Dövlət Baytarlıq İdarəsi mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli AzadlıqRadiosunun suallarını cavablandırır.

- Yayılan xəstəlik haqqında daha geniş bilgi verə bilərsiniz?

- Bu xəstəlik Azərbaycanda bir həftədir aşkarlanıb. Qansorucu həşəratdan iribuynuzlu heyvanlara keçən dəri xəstəliyidir. Dəridə qabarcıqlar yaranır, heyvan halsızlaşır, temperaturu yüksəlir. Xəstəlik nəticəsində dişi heyvanlarda və özəlliklə buğalarda cinsi həvəs azaldığından onların artımında ciddi problem yaranır. Heyvanlar 3-4 günə arıqlayır, süd sağımı da aşağı düşür. Xəstəliyin ağırlaşması heyvanın 8 gün ərzində ölümünə yol açır.

- Xəstəliyə qarşı hansı tədbirlər görürsünüz?

- Ciddi, profilaktik tədbirlər görülür. Xəstəliyə yoluxmuş heyvanların ölməməsi üçün da müalicəyə ayrıca diqqət yetirilir. Xəstəliyin ilk simtomları üzə çıxanda, onun «nodulyar dermatit» olduğu aşkarlandı. Mediada məlumat yaydıq ki, Cəlilabad, Ucar, Biləsuvar və Ağdaşda bu xəstəliyin daşıyıcıları tapılıb. Hələlik, ölüm halı yoxdur. Xəstəlik tapılan təsərrüfatlar tam nəzarətə götürülüb. Həmin rayonların heyvan bazarları müvəqqəti bağlanıb. Çalışırıq ki, xəstəlik yayılmasın. Bu heyvanlar tam nəzarətdədir və satıla bilməz. Müalicə nəticə verməsə, xəstə heyvanlar məhv edilib yandırılacaq.

- Onların sağalmasına ümid nə dərəcədədir?

- Elmi ədəbiyyatda göstərilir ki, bu xəstə heyvanların 10 faizi tələf ola bilər. İlk dəfə Afrikada qeydə alınıb, sonra İraq və Türkiyəyə keçib. Bu il də bizdə qeydə alındı.

- Həmin xəstəliyin insana keçmə ehtimalı var?

- İndiyədək belə fakt qeydə alınmayıb. Bu xəstəlik insana keçmir, yalnız iribuynuzlu mal-qarada qeydə alınır. Xırdabuynuzlu heyvanlar bu xəstəliyə tutulmur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG