Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:31

Robertino Loreti yenə Bakıya gəlir


-

İyulun 20-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində dünya şöhrətli musiqiçi Robertino Loretinin (Roberto Loreti) konserti keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, konsertdə R. Loreti populyar musiqilərlə yanaşı ən son hitlərini də səsləndirəcək.

Tədbirdə R. Loreti ilə birlikdə azərbaycanlı gənc vokalçı Emin Eminzadə də çıxış edəcək.

Konsertin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir.

R. Loreti 1947-ci ildə Romada 8 uşaqlı suvaqçı ailəsində doğulub.

Küçədə, kafelərdə oxuyub ailəsini dolandırıb.

8 yaşından Roma opera Teatrının xorunda oxumağa başlayıb.

Onun səsini 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunları zamanı Romanın bir kafesində danimarkalı prodüser Sayr Volmer-Sörensen (Sejr Volmer-Sørensen) eşidib və Loretinin peşəkar müğənnilik fəaliyyəti bu görüşdən başlayıb.

Robertino adı ilə təqdim olunan müğənni dünya şöhrəti qazanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG