Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:49

“Gecə ayılmışıq ki, evlərimiz çirkab sularla dolub. Döşəmələr su altında qalıb. Səhərə qədər vedrələrlə su daşıyıb atmışıq. Sabahı gün yenə eyni vəziyyət yarandı. 3 gün belə davam etdi”.

Rəsulzadə qəsəbəsində yaşayan 6 ailə çirkab suların əsirinə çevrilib. Mənbəyi bilinməyən sular evlərin özülünə qədər gedib. Sakinlərin sözlərinə görə, çıxılmaz vəziyyətdə qalıblar.

"SƏHƏRƏ QƏDƏR EVDƏN SU BOŞALTDIQ"

Ellada İsmayılova:

“Su döşəmədən də yuxarı qalxmışdı. Vaxtında xəbər tutmasaydıq, vəziyyət daha pis olardı. Bir tərəfdən daşıyıb çölə tökürük, o biri tərəfdən yenə dolur həyətə, oradan da evə”.

Nizami Bağırov:

“Oyandıq ki, həyətdə su dizə çıxıb. Artıq evə də dolumuşdu. Sağ olsun qohumlar, aəng vurduq, tökülüşüb gəldilər, onların köməyi olmasaydı, indi xirtdəyə qədər suyun içərisindəydik”.

EVLƏR SU BORUSUNUN ÜSTÜNDƏ TİKİLİB

Binəqədi rayon Su Kanal İdarəsindən bildiriblər ki, hadisə barədə məlumat alan kimi əməkdaşlar həmin ünvana yollanıblar. Baxış zamanı evlərə axan suların qurunt suları olduğu müəyyənləşib. Əraziyə su verilişi müvəqqəti dayandırılıb. İdarədən onu da deyiblər ki, ərazidən iki iri su borusu keçir. Həmin borular vasitəsilə Bakının bir sıra yerləri içməli su ilə təmin olunur. Həmin borularla yaşayış evləri arasında azı 10 metr mühafizə zolağı olmalıdır. Ancaq evlər boruların üstündə tikilib. İdarə həmin ünvanda nə vaxtsa daha daha böyük təhlükə gözlənilə biləcəyini deyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG