Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:11

Rauf Mirqədirovun vəkilləri Baş Prokurorluğun bəyanatına münasibət bildirib


Rauf Mirqədirov

Rauf Mirqədirov

Baş Prokurorluq və MTN-in casusluqda ittiham olunan jurnalist Rauf Mirqədirovla bağlı birgə yaydığı bəyanata onun vəkilləri münasibət bildirib.

Vəkil Fuad Ağayevin facebook səhifəsində paylaşılan açıqlamada yayılan bəyanat, Rauf Mirqədirovun təqsirsizlik prezumpsiyasının pozulması kimi dəyərləndirilir:

«Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə Azərbaycanda təqsirsizlik prezumpsiyası hüququnun pozulmasını müəyyən edib. Məhkəmə hökmü olmadan bu cür bəyanatlar vermək ictimaiyyəti çaşdırmaqla yanaşı, işə gələcəkdə baxacaq məhkəmələrə nəticənin hansı şəkildə olacağına dair ismarıclar verməkdir. Hüquq mühafizə orqanları öz səhvlərini etiraf etmək yerinə, insanları məhkəmədən öncə məhkum etmə yoluna üstünlük verirlər. Rauf Mirqədirovu ağır cinayət şəxs kimi təqdim edən hüquq-mühafizə orqanları əslində özlərini ifşa edirlər».

Açıqlamada daha sonra bildirilir ki, yayılan bəyanatdakı fikirlər Rauf Mirqədirovun jurnalist və politoloq fəaliyyətinin qarşısını almağa yönəlib:

«Sözügedən məlumata görə, Ermənistan xüsusi xidmətləri əvvəl R.Mirqədirovu ələ alıblar, sonra isə Azərbaycan hüquq mühafizə orqanlarına məlumat göndərməklə qiymətli «məxfi əməkdaşı» sıradan çıxarıblar. Belə çıxır ki, Ermənistan xüsusi xidmətləri ölkəmizin müvafiq qurumları ilə sıx əməkdaşlıqdadırlar. Hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin təsvir olunduğu sxem, fotoşəkillər haqdakı məlumatlar isə həqiqətdən tamam uzaq bir iddiadır! Qalan iddialarla bağlı jurnalistin məqalələrini oxumaq kifayətdir».

İyulun 17-də Baş Prokurorluq və MTN Rauf Mirqədirovla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, hələlik adları açıqlanmayan Azərbaycan vətəndaşları poçt vasitəsi ilə Baş Prokurorluğa disklər göndərib. Həmin disklərdə Rauf Mirqədirovun Ermənistanın xeyrinə casusluq etməsi haqqında sübutlar olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG