Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:22

Səfir: İsrail Azərbaycanı tolerantlıq nümunəsi kimi yüksək qiymətləndirir


Azərbaycan tolerantlıq ölkəsidir. Bunu Trend-ə eksklüziv müsahibəsində İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz bildirib.

Səfir deyib: «Azərbaycanda böyük yəhudi icması var. İsraildə isə Azərbaycan əsilli böyük icma yaşayır. Yəhudilər burada hər zaman rahat yaşayıblar».

Onun sözlərinə görə, İsrail Azərbaycanı yəhudi icmasına münasibətinə görə dünyanın bütün ölkələri üçün tolerantlıq nümunəsi kimi yüksək qiymətləndirir.

Türkiyə və İsrail arasındakı hazırkı münasibətlərə toxunan səfir bildirib ki, Türkiyə çox vacib ölkədir: «Biz hazırda əlaqələrin normallaşdırılması prosesindəyik».

Diplomatın sözlərinə görə, dünyada bir çox problem mövcuddur və Türkiyə ilə İsrailin ortaq maraqları var.

R. Harpaz qeyd edib ki, hər iki ölkədə ticarət və turizm sahəsi ötən il ərzində xeyli dərəcədə inkişaf edib. Onun sözlərinə görə, «Türk Hava Yolları» hazırda İsraildə ən böyük xarici aviaşirkətdir.

Səfirin sözlərinə görə, aralarındakı narazılıqları aradan qaldırmaq üçün hər iki ölkənin bir çox ümumi maraqları var.

Rafael Harpaz həmçinin qeyd edib ki, gələn il keçiriləcək İlk Avropa Oyunları üçün böyük həyəcan var. Səfirin sözlərinə, İsrail bu oyunların keçirilməsində Azərbaycanı dəstəkləyir və oyunlara özünün ən güclü nümayəndə heyətini göndərəcək: «Biz hesab edirik ki, bu, Azərbaycanı Avropaya açmaq üçün böyük imkandır və biz buna çox şadıq».

XS
SM
MD
LG