Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:32

Şair Adil Mirseyid vəfat etdi


Adil Mirseyid
Adil Mirseyid

-

Şair, rəssam Adil Mirseyid iyulun 17-də vəfat edib. O, ağır xəstəlikdən əziyyət çəkirdi.

Baxışov Adil Mirseyid oğlu (Adil Mirseyid) 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləyib. Sonra Bakıda müxtəlif vəzifələrdə çalışıb. Ağdaş Mədəniyyət Evinin Xalq Teatrında rəssam, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam, Azərbaycan Tərcümə Mərkəzinin «Yol» ədəbiyyat qəzetində redaktor vəzifələrində çalışıb.

Keçən əsrin 70-ci illərinin axırlarından dövrü mətbuatda şeirlər çap etdirib. «Güzgüdəki adam», «Bulud Adam», «Nəğmə Adam», «Vernisaj şeirlər», «Hardan baxsan görünən adam», «Ay Suvarisi» kitablarının müəllifidir. Rəsul Rza mükafatının laureatıdir. «Vektor» Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə layiq görülüb.

Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub.

İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 200-dən artıq esse və məqalənin müəllifidir.

Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır. /Mediaforum/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG