Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:27

AB liderləri yüksək vəzifələri avqustda razılaşdıracaq


Avropa Birliyi liderləri iyulun 17-də xarici siyasət rəhbəri postuna namizədi razılaşdıra bilməyiblər. Nə Catherine Ashton, nə də AB Şurasının Prezidenti Herman Van Rompuy-un yerinə namizəd tapılmayıb.

AB liderləri bu vəzifələrdən azı birinə namizəd seçmək istəsə də, bəzi iştirakçılar hər iki namizədi birdən təqdim etmək istədiklərini bildiriblər.

Xarici siyasət rəhbəri postuna İtaliyanın xarici işlər naziri Federica Mogherini ən şanslı sayılsa da, o, aşırı rusiyameylli sayılır. Şura prezidentliyinə favorit, Danimarkanın baş naziri Helle Thorning-Schmidt isə Fransanın dəstəyini qazana bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG