Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:01

Prezident Barack Obama iyulun 16-da deyib ki, İranın nüvə danışıqlarında «hələ də ciddi boşluqlar» qalır və daha çox iş görülməlidir. Vaşinqtonda danışan Obama söyləyib ki, Konqres və müttəfiqlərlə danışıqların son tarixinin iyulun 20-dən sonraya uzadıb-uzatmamağı müzakirə edəcək.

Danışıqlarda məqsəd Tehrana sanksiyaların götürülməsi əvəzində İranın nüvə proqramlarını məhdudlaşdırmaqdır.

Obama deyib ki, İran son altı ay ərzində öhdəliklərinə əməl edib, bir sıra sahələrdə «real tərəqqi» əldə olunub və «irəliləmək üçün etibarlı yol açılıb».

Noyabrda əldə olunmuş aralıq razılaşması İranın nüvə proqramının bəzi aspektlərini dondurub, əvəzində bəzi sanksiyalar yumşaldılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG