Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:35

-

Erməni iş adamı Levon Hayrapetian Moskvanın Domodedovo aeroportunda həbs olunub. Onu Rusiyanın cinayətkar qrupu ilə əlaqədə şübhəli bilirlər. Xəbər verilir ki, söhbət məşhur mafiozi Sergey Finaginin cinayət qrupu ilə əməkdaşlıqdan, “Başneft” şirkətinin satışı ilə bağlı maliyyə fırıldaqlarından gedir.

AzadlıqRadiosunun erməni xidməti ilə söhbətində Hayrapetian-ın yaxın dostu Arkadiy Ter-Tadevosian onun həbsində Azərbaycanlıların əli olduğunu iddia edib.

Bildirilir ki, Rusiyanın istintaq orqanları Hayrapetianın həbs sanksiyası üçün paytaxtın Basmanniy məhkəməsinə müraciət ediblər. Ehtimal olunur ki, prokurorluq orqanlarının şübhələrinin əsasında pul mənimsənilməsi və çirkli pulların yuyulması kimi qanunsuz fəaliyyət durur.

Levon Hayrapetian dünyanın ən varlı erməniləri sıyahısında 10-cü yerdədir. Əslən Qarabağdan olan Hayrapetian daha çox 2008-ci ildə Dağlıq Qarabağda kütləvi nikah mərasiminin sponsoru kimi yadda qalıb.

Onun “ermənilərin soyqırımı” məsələsinin və separatçı Dağlıq Qarabağ respublikasının ABŞ-da tanınması üçün geniş lobbiçilik fəaliyyəti ilə məşğul olduğu da bildirlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG