Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:39

“Söyüş qanunu”nu yumşaldacaqlar


-

Rusiyada yerli festivallarda və kinoklublarda “söyüşlü” filmlərin göstərilməsinə yenidən icazə verilə bilər.

Rusiya Duması təzə qəbul etdiyi düzəlişə düzəliş edəcək.

Söhbət “Dövlət dili haqqında” qanuna edilən və kino, teatr, ədəbiyyat və konsertlərdə söyüş işlədilməsini yasaqlayan düzəlişdən gedir.

Həmin düzəlişdə deyilir ki, Rusiyada nümayiş edilən bütün filmlər prokat icazəsi almalıdır. Yalnız məxsusi olaraq TV üçün çəkilmiş filmlər və Beynəlxalq Festivallarda nümayiş edilən xarici filmlər bundan azaddır.

Kinematoqrafçılar təklif edirlər ki, bu istisna siyahısına yerli festivallar, kinoklublar və qeyri-kommersiya məqsədli digər film nümayişləri də əlavə edildin.

Hazırda dolaşıq vəziyyət yaranıb.

Əgər Rusiyanın hansısa şəhərində bir kino tədbiri keçirirsənsə, gərək orda göstəriləcək bütün filmlərə prokat icazəsi alasan. Bu isə ağlasığmaz xərc deməkdir (Bir filmə prokat icazəsi 20 min rubldur).

Nikita Mikhalkov
Nikita Mikhalkov

​Moskva Kinofestivalının direktoru Kiril Razloqov deyir ki, qadağalar festival hərəkatına zərbə vurur, adətən festivallarda, ekranlara çıxmasına xeyli qalmış filmlərin premyera nümayişi olur. Heç bir festival yarım il gözləyə bilməz ki, həmin film prokat icazəsi alsın.

Festivallarla bağlı müddəanın yumşaldılması zərurətini Dövlət Dumasının mədəniyyət komitəsinin sədr müavini, rejissor Vladimir Bortko da dilə gətirib. Onun sözlərinə görə, rejissor məhdud auditoriya üçün film çəkirsə, onu həmin filmin nümayişindən məhrum etmək olmaz. Festival məhz ondan ötrüdür ki, film rejissorun düşündüyü, çəkdiyi formada nümayiş etdirilə bilsin.

Rusiya Kinematoqrafçılar Birliyinin sədri Nikita Mixalkov da bildirib ki, yeni qanun faktiki olaraq festival proqramlarını senzuraya məruz qoyur, bununla da festivalın əhatə dairəsini kiçildir. O istisna etməyib ki, yay tətilindən sonra Birlik yeni qanuna düzəlişlər hazırlayıb Dumaya təqdim edəcək.

İyulun 1-dən qüvvəyə minmiş qanun filmlərdə söyüş işlədilməsinə görə 50 min rubl cərimə nəzərdə tutur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG