Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:11

Dövlət Sərhəd Xidməti iyunun 25-dən iyulun 11-dək Zaqatalanın sərhədboyu ərazilərində keçirdiyi əməliyyatlar nəticəsində 17 tona yaxın narkotik xassəli çətənə kolları aşkar edib.

Bu barədə iyulun 16-da Dövlət Sərhəd Xidmətinin internet səhifəsində məlumat yayılıb.

Məlumata görə, Zaqatala rayonunun icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyinin, Zaqatala Polisinin və DSX əməkdaşlarının iştirakı ilə çətənə kolları yandırılıb.

İyulun 11-də Gürcüstan polisi Azərbaycandan keçən 3 tona yaxın heroin tutduğu barədə məlumat və video yayıb. Qiyməti 100 milyonlarla dollar olan həmin narkotik maddənin Azərbaycandan necə keçdiyi barədə məlumata Azərbaycanın rəsmi qurumları hər hansı açıqlama verməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG