Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:51

-

ABŞ-ın Beynəlxalq Yardım Agentliyi (USAID) Azərbaycan Hüquqşünaslar Konfederasiyasına göstərdiyi maliyyə yardımını dayandırıb.

Bu barədə USAID-in Bakıdakı ofisindən AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirilib.

İki il öncə USAID-in 1.5 milyon dollarlıq layihəni Azərbaycan Hüquqşünaslar Konfederasiyasına verməsi bəzi QHT-lərin narazılığını doğurub. 4 illik layihə çərçivəsində İnternet hüquq televiziyasının yaradılması da nəzərdə tutulmuşdu.

USAID bildirir:

«USAID qadınlar və əlillər kimi ehtiyacı olan insanların hüquqlarının qorunması, hüquqi yardımın əldə olunması və Azərbaycanda hüquq sahəsində çalışanların bacarığının inkişafı üçün 1.1 milyon ABŞ dolları qrant verib (ilkin olaraq qrantın müddəti 2012-ci ildən 2016-cı ilə qədər planlaşdırılıb).

Biz qürur hissi duyuruq ki, həmin layihə çərçivəsində sosial-iqtisadi baxımdan məhdud olan qruplardan 288 insana hüquqi yardım göstərilməklə yanaşı, Xəzər Universiteti nəzdində hüquqi məsələlər barədə cəmiyyətdə biliyi artıran Hüquq Maarifləndirmə Mərkəzi də yaradılıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG