Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:12

-

İyulun 1-dən işə başlayan 21-ci İstanbul Caz Festivalı bu gün - iyulun 16-da sona çatır.

Festivalın rəsmi caz.iksv.org saytının yazdığına görə, 2006-cı ildən bu yana festivalda qonşu coğrafiyalardan gələn və türk musiqisi ilə oxşar qaynaqlardan bəslənən dünyaca ünlü sənətçilər türkiyəli sənətçilərlə birgə «Ustalarla Buluşmalar» adlı konsertlərdə bir araya gəlirlər.

Bu il də festival «Ustalarla Buluşmalar» layihəsi çərçivəsində musiqisevərlərin qaçırmayacağı bir layihəyə imza atacaq.

Festivalın qapanış günü - iyulun 16-da saat 21-30-da Boğaziçi Universitetində Azərbaycan cazının ən önəmli isimlərindən olan «Bakustik caz» qrupunun yaradıcısı, bəstəkar və pianoçu Salman Qəmbərov «Ustalarla Buluşmalar» layihəsi çərçivəsində konsert verəcək.

Konsertin sponsoru European Azerbaijan Society təşkilatıdır.

Salman Qəmbərov səhnəni 4 oktavalıq səsi ilə ünlü caz vokalisti Ulduz İbrahimova, Türkiyənin usta gitaraçısı Önder Focan, cazla klassik musiqini məharətlə birləşdirən Ülker Şenova, usta udçalan Fatih Ahıskalı və Türkiyə cazının önəmli isimlərindən nağaraçı Ferit Odmanla paylaşacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG