Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:02

Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 259 min manatlıq yeyinti aşkarlanıb.

Bu barədə iyulun 16-da Baş prokurorluq məlumat yayıb. Prokurorluq bildirir ki, belə bir mənimsəmə faktı Hesablama Palatasından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində daxil olan məlumatların araşdırılması zamanı üzə çıxıb.

«Araşdırmalar zamanı mərkəzin vəzifəli şəxsləri tərəfindən ünvanlı sosial yardımların, sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsi zamanı zəruri sənədlərin - ailə tərkibi və gəlirləri, istifadələrində nəqliyyat vasitəsinin olması, hər bir ailə üzvünün məşğulluğu və digər məlumatların tam təqdim olunmaması və ya təqdim olunan sənədlərdə göstərilən məlumatların düzgünlüyünün yoxlanılmaması nəticəsində 258 min 550 manat məbləğində dövlət vəsaitinin israf edilməsində şübhələr olub».

Bu səbəbdən Cinayət Məcəlləsinin «külli miqdarda mənimsəmə və ya israf etmə» maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG