Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:45

MN: «Bu şəxslər heç bir dövlət sərhədini də pozmayıblar, çünki...»


«İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz».

İyulun 16-da Azərbaycan Müdafiə Nazirliyinin internet səhifəsində yayılan məlumatında belə deyilir. Nazirlik bildirib ki:

«Erməni tərəfinin iddia etdiyi kimi bu şəxslər heç bir dövlət sərhədini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla «qurulmuş» qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir. Azərbaycan Respublikasına təcavüz aktı etmiş, vətəndaşlarına qarşı divan tutulması siyasətini yürüdən, Xocalı soyqırımının törədilməsində iştirak edən Ermənistan Respublikasının cinayətkar rəhbərliyi, o cümlədən Seyran Ohanyan yaxın vaxtlarda ədalət məhkəməsi qarşısına çıxarılacaq və onların əməllərinə beynəlxalq hüquqi-siyasi qiymət veriləcəkdir».

Nazirlik bildirir ki, Ermənistan müdafiə nazirinin «Azərbaycan ordusu kəşfiyyat-təxribat qruplarına əraziyə yaxşı bələd olan cinayətkar elementləri cəlb etməklə müxtəlif diversiyalar həyata keçirir» fikirlərinin heç bir əsası yoxdur.

«Bir daha bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri mülki şəxsləri, qeyri-peşəkarları cəlb etmədən istənilən döyüş tapşırığını və əməliyyatı yerinə yetirmək üçün bütün imkanlara malikdir».

İyulun 11-də Ermənistan iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Tərtərin Qapanlı kəndindən olan Şahbaz Quliyev və Kəlbəcərdən olan Dilqəm Əsgərovdur. Erməni mətbuatı həmin şəxslərlə bir yerdə olan daha bir nəfər azərbaycanlının öldürüldüyünü yazır. Amma həmin şəxsin kimliyi bəlli deyil.

Məlumatlarda şəxslərin Azərbaycan ordusuna məxsus təxribatçılar olduğunu bildirilir. Azərbaycanın müdafiə nazirliyi elə həmin gün məlumat yayaraq həmin şəxslərin Azərbaycan ordusunda xidmət etmədiyini bildirib.

Girov götürülən Dilqəm Əsgərovun oğlunun Azadlıqradiosuna dediyinə görə, atası valideynlərinin məzarını ziyarət etmək üçün Kəlbəcərə gedibmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG