Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:14

Moskvada iyulun 15-də metro qəzasında həlak olmuş 22 nəfər üçün matəm günü keçirilir.

Bayraqlar yarıyadək endirilib, əyləncə tədbirləri təxirə salınıb. Dua mərasimləri bütün kilsələrdə keçirilir. 16 xəstəxanada özəl qan donor mərkəzləri açılıb.

Moskva metrosunun 79 illik tarixində bu ən ağır sayılan qəzada 129 nəfər yaralanıb. Çoxunun durumu ciddidir.

Ölənlərdən 6-sı xaricilərdir. Onlardan 2-nin çinli, 2-nin tacik, birinin qırğız və birinin moldovalı olduğu bildirilir.

Qəzaya səbəb üç vaqonun relsdən çıxması olub. Səbəb kimi texniki nasazlıq göstərilir. Terrorçuluq istisna olunur. İstintaq gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG