Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:40

-

YANARDAĞDA SADƏ ÇAY İÇMƏK QADAĞANDIR

«Yeni Müsavat» qəzeti Yanardağın «yandıran» qiymətləri və xidmətlərindən yazır.

«Yanardağın 20 metr kənarında yerləşən stol-stulları görüb, bu məkanda yemək xidmətinin olub-olmaması ilə maraqlandıq. Məlum oldu ki, ancaq çay servisi var. Alovlanan dağa baxıb, çay içməyin öz yeri var deyə düşünənlər isə...tələsməsələr daha yaxşıdır. Çünki işbazlar burada çayı «komplektlə» verirlər. Çay, keks, limon, iki cür şokolad, mürəbbə... bərabərdir 10 manat. Ya bütün komplekti alın, ya da sadə çay içmək arzunuz gözünüzdə qalacaq».

«OD TUTUB YANAN» BAKI BULVARI VƏ TBİLİSİ PARKI

Bakı Bulvarı

Bakı Bulvarı

«Azadlıq» qəzeti isə Bakı Bulvarı ilə Tbilisi parkındakı qiymətləri müqayisə edir.

«Hər iki Milli Parkda zövqünə uyğun restoran tapa bilərsən. Ancaq bizdə qiymətlər həmişəki kimi, baha, orada isə ucuzdu. Bizim bulvarda orta səviyyəli restoranda bir şiş kababın qiyməti 5, hər bir salat (bir nəfər üçün) 4, meyvə şirələri isə 3 manatdır. Yəni, hərəsindən bir dənə sifariş etsən, bu 12 manat edir. Tbilisidə isə eyni menyu 16 laridi (8 manat).

Bakı bulvarında elə çayxanalar var ki, orada bir çaynik çay sifariş edə bilməzsən. Mütləq yanında ən azı mürəbbə istəməlisən. Bu da yerindən asılı olaraq qiymətin 5-10 manat arası dəyişməsi deməkdir. Belə hal Tbilisi parkı üçün keçərli deyil. Dəsgahsız da çay, kofe, su sifariş etmək mümkündü.

Tbilisi parkında olan sürətli qayıq da bizdə yoxdur. Yüksəklikdən sürətlə aşağı - suya enən bu qayığa minmək üçün 4 lari (2 manat) verməlisən.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG