Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:28

Bahar Muradova: «Dağlıq Qarabağı üçüncü tərəf kimi prosesə qoşmaq istəyirlər»


Bahar Muradova
Bahar Muradova

-

Milli Məclis sədrinin müavini, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova «Media forum» saytının suallarını cavablandırıb.

Bahar Muradova deyib ki, ya danışıqlar səmərə verməlidir, ya da danışmaq xətrinə aparılan danışıqların səmərəsiz olduğu vasitəçilər tərəfindən bəyan olunmalıdır:

«Amma danışıqların səmərəsiz olduğunu ilk bəyan edən Azərbaycan olmamalıdır. Çünki məhz həmin dairələr Azərbaycanın indiyədək konkret addım atmasına imkan verməyiblər. Onlar həmişə deyiblər ki, münaqişə sülh danışıqları ilə həll olunmalıdır və bunun üçün çalışdıqlarını söyləyiblər. Əgər problemi indiyədək həll edə bilməyiblərsə, bu gün də bunu bacarmırlarsa, onda bunu açıq formada bəyan etməlidirlər. Onlar vəziyyətdən çıxmaq üçün ya səlahiyyətlərinin dəyişdirilməsini tələb etməlidirlər, ya da vasitəçilik missiyasından imtina etməlidirlər. Çünki Minsk qrupu hazırkı səlahiyyəti və mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsini həll etmək iqtidarında olmadığını ortaya qoyub».

«Addım atmaq səlahiyyəti başqa bir şəxsdə və qurumda olduğu üçün nə zamansa belə bir imkanın olub-olmaması fikrini söyləməkdən uzağam. Amma müharibə ritorikasının zərərli olduğunu bizim diqqətimizə çatdıranlar kimlərdir? Kimlər müxtəlif səviyyələrdə bunu bizə deyirlər? «Silah gücünə, döyüş yolu ilə işğal olunan ərazilərin dinc yolla, danışıqlarla qaytarılmayacağı həqiqətinə əsaslanaraq, bizim də öz ərazi bütövlüyümüzü, suverenyliyimizi müharibə yolu ilə bərpa etmək haqqımız, səlahiyyətimiz var» deyəndə «bu, müharibə ritorikasıdır və çox zərərlidir» cavabını eşidirik. Bunu söyləyənlər kimlərdir? «Azərbaycanın konkret addım atmasına imkan verməyiblər» deyəndə bunları nəzərdə tuturam. Amma Azərbaycanın nə zamansa müharibəyə başlamaq əmri verməsi və bizi bundan çəkindirdiklərinə dair əlimdə faktım yoxdur. Bunu demək səlahiyyətim də yoxdur».

«Dağlıq Qarabağı üçüncü tərəf kimi prosesə qoşmaq istəyirlər. Ermənistan daim buna maraqlıdır. Amma Azərbaycan qətiyyən buna yol verməyəcək. Azərbaycan torpaqları hesabına ikinci Ermənistan dövləti yaranmayacaq. Biz bunu söyləyirik və söyləməklə bütün məsuliyyətini hiss edirik. Lazım gələndə bunun üçün döyüşməyə, şəhid verməyə, qurban verməyə hazırıq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG