Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:07

AB-nin yeni xarici siyasət rəhbəri seçilir


Catherine Ashton
Catherine Ashton

İyulun 16-da Avropa Birliyi ölkələrinin rəhbərləri blokun yeni xarici siyasət rəhbərini seçirlər. İtaliyanın xarici işlər naziri Federica Mogherini və Bolqarıstandan olan indiki komissar Kristalina Georgieva əsas namizədlərdir.

Uzun müddət Polşanın xarici işlər naziri Radek Sikorski Catherine Ashton-un mümkün varisi sayılırdı. Ancaq onun Birləşmiş Ştatlar və Böyük Britaniya haqqında telefonla pis sözlər danışması, üstəlik Rusiya ilə bağlı güclü ritorikadan istifadə etməsi əleyhinə işləyib.

İtaliyanın baş naziri Matteo Renzi yüksək vəzifəni İtaliyanın tutması üçün lobbiçilik edib. Mogherini-nin xarici siyasətdə yeni olmasına dair iddialar da var.

XS
SM
MD
LG