Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:47

İyulun 16-da Vyanada İranla bir sıra dövlətlər arasında nüvə danışıqları davam edəcək. Danışıqlar üçün qoyulmuş son tarixin iyulun 20-dən sonraya uzadılması təklif olunur. İranın xarici işlər naziri Mohammad Javad Zarif iyulun 15-də deyib ki, iki günlük danışıqlardan sonra irəliləyiş əldə olunub, ancaq «daha çox vaxt verilməsi faydalı olar».

ABŞ Dövlət katibi John Kerry ayrılıqda bildirib ki, «ağır danışıqlardan» sonra «hissolunan irəliləyiş» əldə olunub, ancaq hər iki tərəfin mövqeyində «çox real boşluqlar» qalır.

Həm Zarif, həm də Kerry deyib ki, onlar iyulun 20-dək razılaşmanın əldə olunacağına hələ də ümid bəsləyirlər. ABŞ prezidenti Barack Obama və Almaniyanın kansleri Angela Merkel iyulun 15-də telefonla danışıblar. Onlar razılaşıblar ki, Tehranın nüvə proqramını «ancaq dinc məqsədli» olduğunu sübut etməsi «vacibdir».

Dünya ölkələrinin P5+1 qrupu İranın sanksiyaların qaldırılacağı əvəzində nüvə zənginləşdirmə proqramını məhdudlaşdırmasını istəyir. Tehran isə əksinə, bunu genişləndirməyə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG