Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:46

AB Rusiyaya yeni sanksiyalar qoya bilər


Donetsk
Donetsk

İyulun 16-da toplaşan AB liderləri Rusiya və rusiyayönlü separatçılara qarşı Ukraynanın şərqindəki münaqişəyə görə yeni sanksiyaları təsdiqləyə bilər.

Dimplomatik mənbə 28 birlik üzvünün viza qadağası və hesabların doldurulması üçün yaşıl işıq verməyə hazır olduğunu bildirib.

Mənbənin sözlərinə görə, liderlər sanksiyalarla yanaşı əlavə tədbirlər görməyin mümkünlüyünü də götür-qoy edə bilər. Hərçənd Rusiya iqtisadiyyatına qarşı yönələn, ABŞ, Polşa və Baltik dövlətlərinin lobbiçilik etdiyi sanksiyaların təsiri az olub. Ağ Evdən bildiriblər ki, vitse prezident Joe Biden Ukrayna prezidenti Petro Poroshenko ilə söhbətində, Rusiyanın münaqişəni genişləndirməkdə davam etməsinə cavab olaraq Avropa liderləri ilə mümkün tədbirlərin müzakirə edildiyini deyib.

XS
SM
MD
LG