Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:02

«Azərbaycan digər ölkələrə yardım etmək iqtidarındadır»


İlham Əliyev

İlham Əliyev

Prezident İlham Əliyevin İtaliya Respublikasına rəsmi səfəri iyulun 15-də başa çatıb.

AzərTAc xəbər verir ki, ötən gün İlham Əliyev Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru José Graziano da Silva ilə görüşüb. Görüşdə Azərbaycanla FAO arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İlham Əliyev FAO-nun televiziyasına müsahibəsində deyib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında olmaqdan məmnunluq duyur:

«Mən əminəm ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının fəaliyyətinin praktiki təsiri dünyanın bir çox yerlərində nəzərə çarpır. Bizim əməkdaşlığımız uğurla davam edir. Bu gün əməkdaşlığın yeni formalarını müzakirə etdik və ümidvaram ki, çox tezliklə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycanda ofisi açılacaq. Həmçinin Azərbaycan artıq digər ölkələrə də yardım etmək iqtidarındadır. Biz bu yardımı göstəririk və bunu əməkdaşlığımızın formatı çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birlikdə etmək istəyirik. Biz artıq bir neçə sahədə donor ölkəsinə çevrilirik və həmçinin kənd təsərrüfatı islahatlarına da öz dəstəyimizi göstərmək istəyirik. Çünki ərzaq təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ən əsas elementlərindən biridir».

Günün bütün mövzuları

XS
SM
MD
LG