Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:28

Gürcüstanın Rusiyadakı keçmiş səfiri və Gürcüstanın aparıcı “Rustavi 2” televiziyasının sahibi Erosi Kitsmarishvili iyulun 15-də Tbilisidə öz evində ölü tapılıb.

Media məlumatlarına görə, onun meyiti yanında müstəntiqlər tapanca görüblər.

Cinayət işi açılıb və keçmiş səfirin intihar etdiyi güman olunur.

49 yaşlı Kitsmarishvili 2008-ci ildə Gürcüstanın Rusiyada səfiri olub. 2004-cü ildə Gürcüstanın Ticarət və Sənaye palatasının sədri işləyib.

O, Rustavi 2 televiziyasının yaradıcısı və sahibi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG