Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:13

Musavat Partiyası Gürcüstanda tutulan heroinlə bağlı bəyanat verib


Saxlanılan heroin
Saxlanılan heroin

-

Müsavat Partiyası Azərbaycandan keçib Türkiyəyə gedən avtomobildən heroin aşkar edilməsi faktına hakimiyyət orqanlarının aydınlıq gətirilməsini tələb edir.

Partiyanın iyulun 15-də yaydığı bəyanatda bu hadisə Azərbaycan hakimiyyəti üçün rüsvayçılıq olduğu bildirilir:

«Bu əməliyyata görə Gürcüstanın Baş naziri polisi təbrik etsə də, Azərbaycanın müvafiq dövlət strukturları susmaqda davam edirlər. Normal hüquqi dövlətlərdə belə faktlara görə məsuliyyət daşıyan vəzifəlilər cəzalandırılır. Adi hallarda ölkəyə 1 kilo belə banan daxil olmasına imkan verməyən gömrük işçilərinin bu qədər narkotik maddəni diqqətsizlik hesabına buraxmaları inandırıcı görünmür. Müsavat Partiyası hakimiyyət yetkililərindən bu faktın hərtərəfli tədqiq edilməsini, cəmiyyətə tam bilgi verilməsini və günahkarların cəzalandırılmasını tələb edir».

İyulun 11-də Gürcüstan polisinin tutduğu 3 tona yaxın maye heroinlə bağlı Azərbaycan hüquq-mühafizə orqanları hələ də hər hansı məlumat yaymayıb.

XS
SM
MD
LG