Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:02

Şahtaxtı sakini: «Necə qulluq göstərdilərsə, inəyim dirildi...»


Foto: Arxiv

Foto: Arxiv

-

Kənd sakini Əjdər Hacıyev bildirir ki, mal-qara arasında yayılan xəstəliyə müvafiq orqanların biganəliyi haqqında AzadlıqRadiosunda reportaj yayımlandıqdan sonra onlarla maraqlanmağa başlayıblar:

«DƏRHAL HƏKİM BRİQADASI GÖNDƏRDİLƏR»

«Mənim 8 baş inəyim var. Onlardan biri – cins inək xəstəlik tutmuşdu. Bu xəstəlik tədricən digərlərinə də keçir, dəfələrlə müraciət etsək də, gəlib maraqlanan olmurdu. Bir buzovum ölmüşdü. AzadlıqRadiosunda bu məsələ işıqlanandan dərhal sonra Naxçıvan Baytarlıq İdarəsindən zəng vurub maraqlandılar, həkim briqadası göndərdilər. Nə lazımdırsa, pulsuz etdilər. İnanmırdım ki, inəyim sağalar. Ancaq bir neçə gün gecə-gündüz necə qulluq göstərdilərsə, inəyim dirildi. Belə çıxır ki, istəsələr, hər şey edərlər. Nəyə görə harasa şikayət etdikdən sonra öz vəzifələrini yerinə yetirməlidirlər? AzadlıqRadiosuna kənd sakinləri adından təşəkkür edirəm».

Bir neçə gün öncə Kəngərli rayon sakinləri AzadlıqRadiosuna üz tutaraq, Naxçıvan Muxtar Respublika Baytarlıq İdarəsindən şikayət etmişdilər.

XS
SM
MD
LG